2015-c ilin dövlət büdcəsi BVF-nun əməkdaşı ilə müzakirə olunub
Bizi izləyin

Ekopublika.az

2015-c ilin dövlət büdcəsi BVF-nun əməkdaşı ilə müzakirə olunub

Maliyyə naziri Samir Şərifov Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri, fondun Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin müşaviri Raca əl-Mərzuqini və onu müşayət edən nümayəndə heyətinin üzvlərini qəbul edib.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, görüşdə BVF ilə mövcud əməkdaşlıq əlaqələrinin cari vəziyyəti və perspektivləri, 2014-cü il və sonrakı illər üzrə ümumi iqtisadi göstəricilər, gələcək inkişaf planları, cari ilin dövlət büdcəsinin icrası və 2015-ci il üzrə dövlət büdcəsinin parametrləri müzakirə olunub.

Görüşdə xərclər üzrə səmərəliliyin artırılması istiqamətində atılan addımlar qeyd olunub. Həmçinin, qeyri-neft sektoru üzrə büdcə daxilolmaları və investisiya proqramı da daxil olmaqla hökumətin orta müddətli əsas maliyyə məqsədlərinə diqqət yetirilib.

Eyni zamanda regional geosiyasi gərginliyin ölkəmizə və onun iqtisadi inkişafına ehtimal olunan riskləri və mənfi təsirləri barədə fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm