Ekopublika.az
Ukrayna Avropa İttifaqından 2,5 milyard dollar istəyir
Ukrayna Rusiyaya təbii qaza görə olan borcunu ödəmək və
qış mövsümü yaxınlaşdıqca ölkənin qaza olan ehtiyacını qarşılamaq
üçün Avropa İttifaqından əlavə 2,5 milyard dollar məbləğində kredit
istəyib.
Publika.az "Amerikanın səsi" radiosuna istinadən xəbər verir ki, Avropa Komissiyasının sözçüsü ötən gün Brüsseldə Ukraynanın müraciətinin Beynəlxalq Valyuta Fondu və ölkə rəsmiləri ilə məsləhətləşmələr yolu ilə dəyərləndiriləcəyini bildirib. O, Avropa Komissiyasının Ukraynaya əvvəlki təəhhüdlərə əsasən dəstəyə sadiq qaldığını əlavə edib.
Bu açıqlamalar Avropa İttifaqı, Ukrayna və Rusiyanın enerji nazirlərinin Brüsseldə keçirilən görüşdə qazın qiyməti ilə bağlı razılıq əldə edə bilmədiyi vaxt verilib.
Tərəflər razılığın əldə edilməsi üçün yenidən oktyabrın 29-da
görüşəcək.
Keçən həftə Rusiya Ukraynaya qazı 2015-ci ilin mart ayının 15-ə
qədər bir kubmetr üçün 385 dollar qiymətə nəql etməyə razı olduğunu
bildirmişdi.
Qeyd edək ki, ötən gün eyni zamanda, Rusiya prezident Vladimir Putin və Ukrayna prezidenti Petro Poroşenko arasında telefon söhbəti baş tutub. Söhbət zamanı iki lider sülh prosesinin təşviq edilməsi və Ukraynada atəşkəsə əməl olunmasının əhəmiyyətini vurğulayıb. Kremlin açıqladığı bəyanatda onların həmçinin qaz məsələsində əməkdaşlıqla bağlı fikir mübadiləsi apardığı bildirilir.
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO