Ekopublika.az
Neft Fondunun bina aldığı ərazidə kirayə ucuzlaşdı – Açıqlama
“Sanksiyalar artıq Rusiyanın daşınmaz əmlak bazarına da çatıb”. Bunu Publika.az-a açıqlamasında iqtisadçı-ekspert Samir Əliyev bildirib.
O qeyd edib ki, Moskvanın məşhur Tverskaya küçəsindəki ticarət obyektlərinin icarə qiymətləri ilin əvvəlindən 10-15% ucuzlaşıb: “Neft Fondu 2012-ci ildə 133 milyon ABŞ dollarına Tverskaya 16 küçəsində yerləşən “Qalereya Aktyor” ofis-ticarət mərkəzini alıb. Fond bu binanı icarəyə verirdi. İllik icarə haqqından qazancın 9,6 milyon ABŞ dolları olacağı qeyd edilirdi”.
S.Əliyev deyir ki, ümumiyyətlə rublun ucuzlaşması da fondun ehtiyatlarına təsir göstərir: “Fond 2011-ci ildə investisiya siyasətinə edilmiş dəyişikliyə uyğun olaraq, 2012-ci ildən etibarən rus rublunu alıb valyuta ehtiyatına daxil edib. Hazırda Fondun ehtiyatlarında rublun payı 1,3 %-dir. Eyni zamanda Fond Rusiyanın ikinci ən böyük bankı olan VTB bankının $500 milyonluq səhmlərini alıb. Banka tətbiq edilən sanksiya nəticəsində hər birinin nominal dəyəri 0,041 rubl olan səhmləri ucuzlaşaraq 0,038 rubla düşüb. Həm VTB bankın səhmlərinin ucuzlaşması, həmdə rublda olan aktivlərin dəyərsizləşməsi Neft Fondunun Rusiyadakı aktivlərinin “əriməsinə” gətirib çıxarıb”.
Nəzərə çatdıraq ki, Dövlət Neft Fondu Rusiya iqtisadiyyatında baş verənlərin aktivlərinə bu və ya digər şəkildə təsir etmədiyini irəli sürür.
İqtisadiyyat şöbəsi
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR