Ekopublika.az
Azərbaycan “Doing Business-2015” reytinqinin TOP-20-nə daxil olub (YENİLƏNİB)
Azərbaycan Dünya Bankının (DB) və Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) illik "Doing Business-2015" reytinqində biznesin açılmasının sadəliyi üzrə "TOP 20"-yə daxil olub.
Publika.az xəbər verir ki, hesabat "Doing Business"-in rəsmi saytında yerləşdirilib.
Bu göstərici üzrə Azərbaycan reytinqin əhatə etdiyi 189 ölkə arasında 12-ci yeri tutaraq Çin (128-ci yer), Avstriya (101-ci yer), Belçika (14-cü yer), Braziliya (167-ci yer), Xorvatiya (88-ci yer), Çexiya (110-cu yer) və digər bu kimi ölkələri qabaqlayıb.
Hesabatda deyilir: "Azərbaycan vergi uçotunun onlayn qeydiyyatına elektron imzaların alınması üçün vaxta qənaət edilməsi ilə biznesin açılması prosesini asanlaşdırıb".
Qeyd edilir ki, Azərbaycan biznesin açılması, mülkiyyətin qeydiyyatı və vergilərin ödənişi sahəsində dəyişikliklər həyata keçirərək ən çox sayda islahatlara görə ölkələrin onluğuna daxil olub.
Ötənilki nəticələrlə müqayisədə Azərbaycan vergilərin ödənişi (bir il əvvəlki 77-ci yerə qarşı 33-cü yer), tikinti (180-ci yerə qarşı 150-ci yer) və elektrik enerjisi təchizatı (181-ci yerə qarşı 159-cu yer) sisteminə qoşulmaq üçün icazələrin alınması kimi sahələr üzrə daha çox uğur qazanıb: "Azərbaycan yüklülük haqqında arayışın alınması üçün elektron sistemin tətbiqi vasitəsilə daşınmaz əmlakın mülkiyyətə verilməsini sadələşdirib. Bundan başqa, ölkə qeydiyyatın və sosial sığorta haqlarının ödənişinin elektron sisteminin tətbiqi yolu ilə şirkətlər üçün vergilərin ödənişini sadələşdirib”.
Ümumilikdə Azərbaycan reytinqdə 80-ci yeri tutur.
Azərbaycanın reytinqi aşağıdakı göstəricilərə əsasən formalaşıb: müəssisələrin biznesinin açılması – 12-ci yer, vergilərin ödənişi - 33, beynəlxalq ticarət - 166, mülkiyyətin qeydiyyatı – 10, tikintiyə icazələrin alınması - 150, kreditləşdirmə - 104, müflisləşmənin həlli - 94, müqavilələrin icrasına təminat - 31, investorların hüquqlarının müdafiəsi - 51, elektrik təchizatı sisteminə qoşulma – 159-cu yer.
Biznesin aparılması üçün ən əlverişli mühitin yaradılması üzrə dünya reytinqinə Sinqapur rəhbərlik edir. Reytinqin "liderlər onluğ"una daxildir: Yeni Zelandiya, Honq-Konq, Danimarka, Koreya Respublikası, Norveç, ABŞ, Böyük Britaniya, Finlandiya, Avstraliya.
Postsovet ölkələrindən Gürcüstan (15-ci yer) aparıcı mövqeyini qoruyub saxlayır, daha sonra Estoniya (17-ci yer), Latviya (23), Litva (24), Belarus (57), Rusiya (62), Moldova (63), Qazaxıstan (77) gəlir . Reytinqdə Azərbaycandan sonra sıralamada Ukrayna (96), Qırğızıstan (102), Özbəkistan (141), Tacikistan (166) yer alır.
"Biznesin aparılması-2015" məruzəsi artıq 12-ci dəfədir tərtib olunur və 189 ölkəni əhatə edir. Məruzədə biznesin fəaliyyətinin bütün dövrü ərzində müəssisənin yaradılması, biznesin idarə edilməsi, xarici ticarət fəaliyyətinin həyata keçirilməsi, vergilərin ödənişi, həmçinin investorların hüquqlarının müdafiəsi səviyyəsi daxil olmaqla, biznesin inkişafına imkan yaradan və ya mane olan nizamlama normaları araşdırılır.
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO