Rubl bazarın ümidinə buraxıldı
Bizi izləyin

Ekopublika.az

Rubl bazarın ümidinə buraxıldı

Noyabrın 10-dan Rusiyanın Mərkəzi Bankı rublun məzənnəsinə müdaxiləni minimuma endirən qərar qəbul edib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının rəsmi saytında məlmat verilib. Bununla belə Rusiya Bankı valyuta müdaxiləsindən tam imtina edilməyəcəyini bildirib. Ölkədə maliyyə sabitliyinə təhlükə yarandığı təqdirdə Mərkəzi Bank məzənnəyə müdaxilə hüququnu özündə saxlayıb.

Ekspertlər hesab edirlər ki, bununla Rusiya rublun sərbəst formalaşmasına zəmin yaradıb.

Qeyd edək ki, Qərbin Rusiyaya sanksiyalarından sonra rublun məzənnəsi kəskin şəkildə düşməyə başlayıb. Bununla belə ekspertlər bu qərarı ilin sonuna proqnozlaşdırırdı. Onlar, rublun belə tezliklə bazarın ümidinə buraxılacağını gözləmirdilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm