APEC zirvəsində dünya liderləri bir araya gəldi
Bizi izləyin

Ekopublika.az

APEC zirvəsində dünya liderləri bir araya gəldi

Çinin paytaxtı Pekində keçirilən Asiya Sakit okean İqtisadi Əməkdaşlıq (APEC) Təşkilatı Zirvəsində dünya liderləri bir araya gəlib.

Publika.az xəbər verir ki, Ukrayna böhranı səbəbiylə Qərbin tənqid oxlarının hədəfində yenə də Rusiyanın dövlət başçısı Vladimir Putin olub. Bununla belə Çinin prezidenti Şi Cinping Putini isti qarşılayıb. Tərəflər bir sıra razılaşmalara imza atıblar.

V.Putin Pekin rəhbərliyilə hər sahədə əlaqələri inkişaf etdirməyə söz verib: "Rusiya və Çin kimi ortaq iqtisadiyyatlar arasındakı milli pul vahidi razılaşması əməkdaşlıq üçün ümidverici məna daşıyır. Bu, iki ölkə arasındakı ticarətin artmasına köməkçi olacaq. Qlobal maliyyə və enerji bazarına təzyiq göstərəcək".

Beynəlxalq arenada son dövrdə birlikdə hərəkət edən Pekin və Moskva bu ilin may ayında imzaladıqları nəhəng təbii qaz razılaşmasıyla diqqət çəkiblər. Buna əsasən Rusiya 2018-ci ildən etibarən 30 il boyunca Çinə hər il 38 milyard kub metr təbii qaz satacaq.

Asiya-Sakit okean ölkələri arasında bağı gücləndirmək məqsədiylə 1989-cu ildə qurulan APEC dünya əhalisinin 40 faizini və qlobal ticarətin 44 faizini təmsil edir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm