Moskvaya xəbərdarlıq: “Qara siyahı” genişləndirilə bilər
Bizi izləyin

Ekopublika.az

Moskvaya xəbərdarlıq: “Qara siyahı” genişləndirilə bilər

Avropa Komissiyası Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməti planlaşdırmır. Amma “qara siyahını” uzada bilər.

Publika.az-ın “Reuters” -ə istinadən xəbərinə görə, bunu Almaniya kansleri Angela Merkel bildirib. O qeyd edib ki, Minsk sazişinin atəşkəslə bağlı maddələrinə əməl edilməməsindən narazıdırlar. Buna baxmayaraq, hazırda iqtisadi sanksiyaların tətbiqini planlaşdırmırıq.

Qeyd edək ki, bir müddət əvvəl Avropa İttifaqının Rusiyaya qarşı əlavə sanksiyalar tətbiqi istiqamətində müzakirələrə başlayacağı deyilirdi. Hətta bu müzakirələrin noyabrın 17-də baş tutacağı irəli sürülürdü.

Konslerin inkarına baxmayaraq, mətbuat noyabrın 17-də Rusiyaya qarşı sanksiyalara baxılacağını yazır. Bu arada sanksiyaların yenilənməsi Avropa Birliyinə daxil olan bütün 28 ölkələnin yekdil qərarı tələb edilir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm