“BP-nin layihələrində bir barel neftin qiyməti 80 dollardan hesablanıb”
Bizi izləyin

Ekopublika.az

“BP-nin layihələrində bir barel neftin qiyməti 80 dollardan hesablanıb”

“BP sanksiyalar səbəbindən Rusiyanı tərk etməyəcək”.

Publika.az xəbər verir ki, bunu BP prezidenti Robert Dadli Abu Dabidə Beynəlxalq Neft sərgisi və konfransının (ADIPEC) kluarlarında bildirib. Bununla belə o, “Rosneft”də iştirak paynı, yoxsa birgə layihələri nəzərdə tutduğunu dəqiqləşdirməyib.

Qeyd edək ki, “ Rosneft” şirkətinin TNK-BP-ni almasından sonra “Rosneft” şirkətində BP-nin 19.75% payı var.

Dadli neft qiymətlərinin düşməsinə də münasibət bildirib. Bildirib ki, BP-nin layihələri bir barel neft üçün 80 dollardan hesablanıb: “Qiymətlərin aşağı düşməsi dünya iqtisadiyyatı üçün elədə pis deyil,çünki bu intizam yaradacaq. Sənaye iş yollarını müəyyənləşdirəcək və xərclərə nəzarət edəcək”. O bildirib ki, neft qiymətlərinin dəyişməsini proqnozlaşdırmaq mümkün deyil.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm