Ekopublika.az
Ağcabədidə sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib
Ağcabədidə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni
başlayanlar üçün treninq keçirilib.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a
bildiriblər ki, biznes planların və investisiya layihələrinin
hazırlanmasına, marketinq və sənayedə brendləşmə, elektron
xidmətlərə dair mövzularda təşkil olunmuş treninqdə biznes plan və
bölmələri, biznes ideyanın yaradılması, maliyyə planı, marketinqin
növləri və prinsipləri, reklam fəaliyyəti, brend məhsullar, brendin
mahiyyəti və məzmunu, sənayedə brendləşmənin xüsusiyyətləri barədə
məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
Bundan başqa, treninqdə www.icazeler.gov.az, www.b2b.az elektron
portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı
imkanlar, investisiya layihələrinin maliyyələşdirilməsi ilə
əlaqədar elektron idarəetmə sistemindən danışılıb.
Tədbir çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib,
iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış
metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar
cavablandırılıb.
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı