Rövnəq Abdullayev: ''Cənub Qaz Dəhlizi'' layihəsi qlobal əhəmiyyətli meqa-layihədir”
Bizi izləyin

Ekopublika.az

Rövnəq Abdullayev: ''Cənub Qaz Dəhlizi'' layihəsi qlobal əhəmiyyətli meqa-layihədir”

Türkmənistanın paytaxtı Aşqabadda “Türkmənistanın nefti və qazı-2014” 19-cu Beynəlxalq sərgi-konfransı keçirilib.

Dövlət Neft Şirkətindən (ARDNŞ) Publika.az-a verilən məlumata görə, neft-qaz sərgisində öz pavilyonu ilə ilk dəfə iştirak edib. Son illərdə neft-qaz sənayesinin bir çox sahələrində əldə edilmiş uğurlar və nailiyyətlər, həmçinin şirkətin imkanları barədə nümayiş olunan eksponatlar sərgiyə gələn yerli və xarici qonaqlarda böyük maraq doğurmuş, gələcəkdə ARDNŞ ilə əməkdaşlıqla bağlı müxtəlif təkliflər verilib. ARDNŞ-nin pavilyonu Türkmənistanın Ticarət-Sənaye Palatasının xüsusi Sertifikatına layiq görülüb. “Türkmənistanın nefti və qazı-2014” 19-cu Beynəlxalq konfransda ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev çıxış edib. O, ARDNŞ-nin Türkmənistana neft-qaz sahəsində layihələrin reallaşdırılması üçün infrastrukturu, şaxələndirilmiş neft-qaz boru kəmərləri sistemini və digər imkanları təqdim etməyə hazır olduğunu, Azərbaycanın qarşılıqlı sərfəli əməkdaşlıq üçün açıq ölkə olduğunu qeyd edib. Bildirib ki, bu il sentyabrın 20-də təməli qoyulan Azərbaycan qazının Türkiyə və Avropaya nəqlini nəzərdə tutan ''Cənub Qaz Dəhlizi'' layihəsi qlobal əhəmiyyətli meqa-layihədir. Layihənin tərkib hissələri - Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsi, TANAP və TAP kəmərlərinin inşası istiqamətlərində görülən işlər haqqında iştirakçılara ətraflı məlumat verilib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm