“Cənub axını” layihəsi rəsmən dayandırıldı
Bizi izləyin

Ekopublika.az

“Cənub axını” layihəsi rəsmən dayandırıldı

İtaliyanın Saipem SpA kompaniyası sifarişçidən “Cənub axını” qaz kəmərinin dəniz hissəsindəki tikintisini dayandırmaq barədə rəsmi bildiriş alıb.

Publika.az-ın məlumatına görə, tikintinin dayandırılmasından şirkətin nə qədər zərərə düşəcəyi hesablanmasa da, Saipem kompaniyasının rəhbəri Umberto Vercin gələn il 1,25 milyard avro itirə biləcəklərini deyib.

Layihədə “Qazprom”un 50 faiz, İtaliyanın ENİ holdinqinin 20 faiz, törəmə Saipem kompaniyasının isə ENİ-də 43 faiz payı var idi. Bir qədər əvvəl South Stream Transport şirkəti Rusiyanın “Cənub axını” layihəsindən imtina etməsinin Avropa şirkətlərinə ən azı 2,5 milyard avro zərər vuracağını bildirmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm