• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Azərbaycanlı ekspert: “Avro dövriyyədən çıxma təhlükəsi qarşısındadır”

Azərbaycanlı ekspert: “Avro dövriyyədən çıxma təhlükəsi qarşısındadır”

Son günlər avronun məzənnəsi digər valyutalara nisbətdə kəskin aşağı düşməkdədir. Xüsusilə dollara nisbətən mövqelərini itirən avronun manata məzənnəsi də azalıb. Azərbaycan Mərkəzi Bankı yanvarın 6-sı üçün avronun məzənnəsini 1.0017 manat müəyyənləşdirib.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı-alim Vüqar Bayramov təkcə son 1 həftədə avronun dollara nisbətən məzənnəsinin 6 faiz zəiflədiyini deyir: “Dünya bazarında avronun məzənnəsində bu gün son 6 ayda ən aşağı hədd qeydə alınıb. Azərbaycanın valyuta bazarında avronun məzənnəsi 1 avro 1 manat məzənnəsinə yaxınlaşır. Avropadakı devalvasiya 1 avronun 1 manatdan aşağı düşəcəyini proqnozlaşdırmağa əsas verir”.

İqtisadçı yaxın günlərdə valyutadəyişmə məntəqələrindən avro almaq üçün manat yox, sadəcə, qəpik ödəməyin lazım gələcəyini qeyd edir. Onun fikrincə, avronun məzənnəsinin dollara nisbətən kəskin aşağı düşməsi Yunanıstanda son seçimlərdən sonra hökumətin formalaşdırıla bilməməsi, Fransada solçuların qalib gəlməsindən sonra Avropada xərclərin azadılması proqramının reallaşdırımasının sual atına düşməsi, eləcə də İtaliya və İspaniyada müşahidə edilən bank böhranı ilə bağlıdır: “Artıq Yunanıstan dövlətin müflişləməsi təhlükəsi qarşısındadır. Beynəlxalq Valyuta Fondu və Avropa Birliyinin yardım proqramları bu ölkədə hökumət böhranı səbəbindən dayandırılıb. Fransa isə hələlik Avropa Birliyinin radikal-maliyyə proqramlarına münasibət bildirməyib. Fransanın Avropa Birliyində 3 ən aparıcı dövlətdən biri olduğunu nəzərə alsaq bu ölkənin AB-nin qənaət proqramlarına qoşulmaması avrozonani iflic edə bilər. Bu baxımdan indiki halda Fransanın yeni hökumətinin mövqeyi avrounu gələcəyi üçün həlledicidir.

Başqa tərəfdən, Yunanıstan və İspaniyada böhrana qarşı həyata keçirilən tədbirlərin səmərəli olmaması artıq avrozonanın gələcəyi ilə bağlı ciddi fikir ayrılığı yaradıb. Avrozonada qalmaq sözügedən ölkələrdə xüsüsən də Yunaınstanda dövlət xərclərinin azalmasına imkan yaratmır. Avrozonada baş verən son proseslər avronun valyuta kimi dövriyyədən çıxarılma təhlükəsini gündəmə gətirir”.

Bəkir Nərimanoğlu

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR