Əhaliyə 18 milyard manata yaxın kredit verilib
Bizi izləyin

Ekopublika.az

Əhaliyə 18 milyard manata yaxın kredit verilib

Noyabr ayının 1-nə əhalinin banklardakı əmanətləri keçən ilin müvafiq dövrünə nisbətən 11,1 faiz artaraq 7 milyard manat olub.

Publika.az xəbər verir ki, onların 4,4 milyard manatı milli valyuta ilə, 2,6 milyard manatı isə xarici valyuta ilə qoyulub.

Ölkənin maliyyə-kredit təşkilatları noyabrın 1-nə kimi 17,8 milyard manat məbləğində kredit veriblər. Kreditlərin 79,2 faizi uzunmüddətli olub. 5,3 faizinin ödəmə vaxtı keçib. Noyabr ayında manatın 1 ABŞ dollarına orta məzənnəsi 0,78 manat, 1 Avroya 0,98 manat, 100 Rusiya rubluna 1,71 manat, ilin əvvəlindən isə müvafiq olaraq 0,78, 1,05 və 2,15 manata bərabər olub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm