Ekopublika.az
Mərkəzi Bank 6 bankın 10 valyuta mübadiləsi şöbəsini bağladı
Mərkəzi Bank tərəfindən valyuta qanunvericiliyinə, o cümlədən valyuta bazarında nağd alqı-satqı məzənnələrinin müəyyənləşdirilməsi zamanı mövcud tələblərə riayət olunması daim diqqət mərkəzində saxlanılır.
Mərkəzi Bankdan Publika.az-a verilən məlumata
görə, son dövrlərdə nağd xarici valyutanın alqı-satqı
əməliyyatlarının həcminin artması səbəbindən nəzarət tədbirləri
daha da intensivləşdirilib.
Mərkəzi Bank tərəfindən 23 fevral 2015-ci il tarixdə aparılmış
monitorinqlər zamanı 6 bankın 10 valyuta mübadilə şöbəsi tərəfindən
mövcud tələblərin gözlənilməməsi halı aşkarlanıb və həmin şöbələrə
verilmiş icazələr ləğv edilib.
Mərkəzi Bank tərəfindən bundan sonra da valyuta qanunvericiliyinə, xüsusilə də valyuta bazarında nağd alqı-satqı əməliyyatlarının tələblərinə tam riayət olunması istiqamətində operativ nəzarət davam etdiriləcək, hər hansı hüquqi pozuntu hallarına qarşı müvafiq tədbirlər görüləcəkdir.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu