9 ildə nə qədər ipoteka krediti verilib?
Bizi izləyin

Ekopublika.az

9 ildə nə qədər ipoteka krediti verilib?

İpoteka Fonduna (AİF) müvəkkil banklar ötən doqquz il ərzində 16,710 min manatlıq ipoteka krediti veriblər.

Publika.az fonda istinadən xəbər verir ki, 2006-cı ildən etibarən ipoteka kreditləşməsinin həcmi 672 mln. 15,88 min manat təşkil edib.

Qeyd edək ki, hazırda iki növ üzrə ipoteka kreditləşməsi həyata keçirilir - adi və sosial. Adi ipoteka kreditləri şərtlərinə əsasən, kreditlər manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. 3 ildən 25 ilədək müddətə təqdim olunur. Kreditin maksimum həcmi 50 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir.

Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 50 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm