• USD 1,7001 0,00% EUR 2,0010 -0,38%
    • GBP 2,2439 +0,72% RUB 0,0295 -0,34%

Dəb nəhəngləri özləri necə geyinir? – FOTOLAR

  • Layihə
  • 25 May 2016 16:45
  • 2 275 Baxış
Dəb nəhəngləri özləri necə geyinir? – FOTOLAR

Sirr deyil ki, dəb dizaynerlər tərəfindən diktə edilir və idarə olunur. Nəhəng moda evlərinin kreativ dizaynerlərinin hazırladığı kolleksiyalar keyfiyyət və qüsursuz zövq nümunəsi sayılır. "Dior", "Chanel", "Carolina Herrera", "Tom Ford" və.s kimi məşhur moda evləri qadınların seçilmək arzusunu reallaşdırır və bir çox dəb tendensiyalarının əsasını qoyurlar. Görəsən, hamını bəzəyən dizaynerlər özləri necə geyinir?

Maraqlıdır ki, bütün dünyaya dəbi diktə edən dizaynerlər özləri eyni stildə geyinməyi xoşlayır və bir qayda olaraq ağ-qaraya üstünlük verirlər. Əksər hallarda onların qarderobundakı geyimlər bir-biri ilə oxşardır. Publika.az-ın "Moda inqilabları" layihəsində oxucuları dəb nəhənglərinin üslubu ilə tanış etmişik.

İlin dəb tendensiyalarını yaradan dizaynerlər necə geyinir?

Tom Ford

Tom Ford adətən səliqəli kostyum, ağ köynək və qara laklı tuflilər geyinir. Saçlarını isə kirpi tikanları kimi yuxarı qaldırmağı xoşlayır.

The look: A trim suit, white shirt, and not a laser-precision-trimmed hair out of place. Not even at the airport.

Karl Lagerfeld

Karl Lagerfeld bir qayda olaraq uzun palto geyinir. O, aksessuarları çox xoşlayır. Məsələn, əlcəklə qalstuk onun obrazının mütləq atributlarıdır. "Chanel" moda evinin kreativ dizayneri qalstukunu broşla bəzəməyi sevir.

The look: Rococo Gothic undertaker but chic and accessorized.

Aleksandr Vanq

Aleksandr Vanq başdan-ayağa qara rəngə bürünənlərdəndir. Gənc dizayner idman üslubunda geyinməyi xoşlayır.

The look: Outwardly the standard-issue T-shirt and dark denim, but, like, how does he get it to drape like that? Because that's his job?

Fibi Filo

"Celine" moda evinin keçmiş kreativ dizayneri – Fibi Filo da qara rəng pərəstişkarıdır. Həmkarından fərqli olaraq o, tünd obrazını ağ idman ayaqqabıları ilə tamamlayır və qaranı hərdən bir boz və ya bejlə əvəz edir.

The look: Infuriatingly, effortlessly chic in A SWEATER AND TROUSERS.

Mark Yakobs

Mark Yakobs çox zaman kostyum geyinsə də, tamamilə klassikaya bürünmür. O, klassika ilə idman üslubunu birləşdirməyə üstünlük verir.

The look: It used to be a white shirt and a skirt-y bottom of some sort. Now that he's mellowed out a bit, it's a white shirt and a regular dark suit.

Tom Braun

Tom Braun müştərilərini həm kolleksiyaları, həm də öz imici ilə təəccübləndirir. O, soyuğa-qışa fikir vermir və ilin bütün fəsillərində şortik geyinir. Tomun yuxarıda adı çəkilən dizaynerlərdən əsas fərqi qaranı deyil, bozu seçməsidir.

The look: Like the 37th von Trapp kid if he had access to a tailor who wasn't prone to getting scissor-happy with the curtains. (In case you're worried he'll catch a cold, he switches out the shorts for capris in colder weather.)

Maykl Kors

Maykl Korsun üslubu olduqca sadədir: qara kostyum, qara köynək, krosovkalar və parlaq təbəssüm.

The look: Black suit, black T-shirt, sneakers, bright-white smile.

Prabal Qrunq

Bu dizayneri də demək olar iki, həmişə eyni imicdə: ağ qısaqol köynək və cins şalvarda görürük.

The look: American teenager with Equinox membership, circa 1950.

Alber Elbaz

"Lanvin" moda evinin eks kreativ dizayneri özünəməxsusluğu ilə seçilir. Artıq çəkisini uzun plaşla gizlətməyə çalışır. Kəpənək qalstuklar isə onun dəstlərinin əsas bəzəyidir.

The look: One of the few huggable adult characters in an Eloise book.

Jason Vu

Jason Vunun xarici görünüşü digərlərdən xüsusi ilə heç nə fərqlənmir. O da qara kimi tünd rənglərin aşiqidir. Jasonun çoxlu sayda geyimi olsa da, hamısı eyni rəngdə fasondadır.

The look: Pretty much the same T-shirt and jeans as his counterparts but navy. So much less severe.

Vera Vanq

Qara, qara, yenə də qara... Vera Venq da qara həmişə ən yaxşı ideyadır deyənlərdəndir.

The look: Drapey, layered, and always, always black.

Rikardo Tişi

Rikardo kolleksiyalarında müxtəlif rənglərin, müxtəlif çalarına müraciət edir. Özünə gəldikdə qara və ağdan başqa rəngləri tanımaq istəmir. Belə görünür ki, Rikardo da həmkarları kimi digər rənglərdən imtina edib.

The look: All-black athleisure.

Karolina Herrera

Karolina Herreranın üslubu olduqca sadə və konkretdir, onu belə izah etmək olar: ağ köynək, qara yubka və alçaqdabanlı ayaqqabılar.

The look: White shirt, dark skirt, sometimes a popped collar—the society lady's version, of course.

"Dizaynerin əsas vəzifəsi ideya vermək və onu həyata keçirməkdir"

Gördüyünüz kimi dəb nəhənglərinin demək olar ki, hamısı sadəliyə üstünlük verir və əksər hallarda qaranı seçir. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmovdan dizaynerlərin niyə qara rəngə müraciət etməsi ilə bağlı fikirlərini öyrəndik. Psixoloqun sözlərinə görə, dizaynerlərin əsas məqsədi başqalarını geyindirməkdir: "Dizaynerin əsas vəzifəsi ideya vermək və onu həyata keçirməkdir. Onlar müştərinin tələbatını daha çox düşünür və özlərini arxa plana atırlar. Dəb nəhənglərinin qaraya üstünlük verməsini isə bu rəngin güc və hakimiyyət rəmzi olması ilə də izah etmək olar. Bir növ bununla şüur altı insanlara mesaj ötürmək istəyindən irəli gələ bilər. Eyni halı həkimlik peşəsi ilə müqayisə etmək olar. Məsələn, çox yaxşı həkimlər bəzən uzunömürlü ola bilmir. Həkimin əsas işi şəfa verməkdir".

"Dəb gəldi-gedər, üslub isə ölməzdir"

Mövzu ilə əlaqədar modelyer Gülnarə Xəlilovanın da fikirlərini öyrənmişik. G.Xəlilova dəbi diktə edən dizaynerlərin öz üslubuna sadiq qaldığını deyir: "Onların hər birinin bəlli bir obrazı var, yaddaşlarda da belə qalıblar. Yaxud da elə qadınlar var ki, həmişə eyni tərzdən istifadə edir və yaddaşlarda dəyişməz ətri ilə qalmaq istəyir. Dünya şöhrətli dizaynerlərin eyni tərzdə geyinməsinin dərin mənası var. Onlar eyni tərzdə geyinməklə insanlara öz tərzlərinə sadiq qaldıqlarını bildirmək istəyir. Dəblə maraqlanmaq lazımdır və modelyerin əsas işi onu diktə etməkdir. Lakin unutmaq olmaz ki, dəb gəldi-gedər, üslub isə ölməzdir. Əksəriyyəti klassik üsluba üstünlük verir. Klassika və qara rəng isə hər zaman dəbdədir və dəbdə olacaq. Ümumiyyətlə statistika da göstərir ki, dünyada həm qadınlar, həm də kişilər qara rəngə daha çox üstünlük verir. Müxtəlif dəb tədbirlərində bir çox ölkədən gələn dizaynerlərin də qara və tünd rənglərdə geyindiyini müşahidə edirəm. Biz də qara rəngə adətən arıq görünmək istəyən insanlar müraciət edir. Qeyd etmək lazımdır ki, qara kimi ağla qırmızı da heç zaman düşməyən, həmişə aktual olan rənglərdir".

Modelyer dünyaca məşhur dizayner Can Qalyanonun daha rəngarəng geyindiyini vurğulayıb: "Tez-tez dəyişməyi sevən dizaynerlər də var. Məsələn, Con Qalyano yuxarıda sadalanan dizaynerlərdən fərqli olaraq eyni tərzdə geyinməyin əleyhinədir. O, rəngarəng obrazı ilə tamaşaçıları hər dəfə təəccübləndirməyi xoşlayır və bu, gözəl haldır. Mən özüm də müxtəlif tərzləri sınaqdan keçirməyi sevirəm. Tez-tez imic dəyişikliyi özü böyük risk deməkdir. Amma vacib bir məqam da var ki, müxtəlif üslublar hər adama yaraşmır. Hər rəng hər insana eyni cür və gözəl təsir bağışlamır, həmçinin buna hər adam risk etmir. Özümü risk edənlərin siyahısına əlavə edirəm, tamaşaçılar qarşısına hər zaman fərqli obrazlarda və formalarda çıxıram, tamaşaçı tərəfindən də maraqla və sevgi ilə qarşılanıram. Əslində, bir insana hər üslubun yaraşması böyük xoşbəxtlikdir. Lakin eyni tərzdə geyinməyi sevən dizaynerlərin müxtəlif üslublara müraciət etməməsini onlara yaraşmaması ilə əlaqəndirmək və bu fikri onlara şamil etmək istəməzdim. O insanlar dəb dünyasına onsuz da öz imzasını və möhürünü qoyublar. Özlərinin necə geyinməsi isə şəxsi işləridir. Hər halda seçdikləri üslublar onlara çox yaraşır və zövqlü görünürlər".

Aytən

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>