ANS-in xəbər aparıcısı aktrisalığa başlayıb
Bizi izləyin

Magazin1

ANS-in xəbər aparıcısı aktrisalığa başlayıb

ANS telekanalının ən məşhur simalarından biri, xəbər aparıcısı Nigar Mahmudova həyatında ilkə imza atıb. O, özünü aktrisa kimi sınayıb. Sinağı da çox uğurlu alınıb. Bu haqda teleaparıcı sosial şəbəkədə yazıb.

“Bu gün həyatım boyu bacarmayacağım bir iş çox rahatlıqla alınıb. Mənim üçün aktyorluq sənətinin ən çətin tərəfi ağlamaq idi. Aktyorlardan həmişə soruşurdum ki, “ağlaya bilirsiniz? “bunu necə bacarırsınız?” Bu gün ilk dəfə kino kastinqində iştirak etdim. Tərslikdən səhnə də ağlamaq səhnəsi idi. Orda bir rola girib göz yaşı tökdüm ki… Deməli, sözlərimi deyirəm və bir də fikir verirəm ki, üzümlə aşağı yaş axır. Özlüyümdə düşünərək ki, “aaa, mən ağlayıram” sözlərimi deməyə davam edirəm… Cəmi bir dubl. Və hamı məni alqışlayır. Sevinmək səhnəsində isə çox süni danışırdım…”

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm