Əməkdar artist: “Buna görə peşmanam”-ETİRAF
Bizi izləyin

Magazin1

Əməkdar artist: “Buna görə peşmanam”-ETİRAF

Əməkdar artist, tanınmış aktyor Azad Şükürov aktyorluqda ara-sıra çəkdiyi peşmançılıqlarından danışıb.

Publika.az-a açıqlama verən aktyor ürəyini bizə boşaldıb:

“Əgər desəm ki, heç bir məqamda peşmançılıq hissi yaşamıram, bu yalan olar. Gizlətmirəm, aktyorluğu seçdiyimə görə peşmançılıq çəkdiyim məqamlar olub. Bu sənət mənə həddən artıq incə olmağı, hisslərimlə yaşamağı öyrədib. Ümumiyyətlə, mən həyatda iradəli adamam və həyatda duyğuları ilə deyil, iradəsi ilə yaşayan adamların tərəfindəyəm. Hərdən fikirləşirəm ki, başqa bir sahəni seçsəydim, maddi cəhətdən daha rahat dolanardım. Tərəddülərim olur, amma bütövlükdə aktyor olduğuma görə, peşman deyiləm”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm