Elmira Şabanova: “Onların parodiyası şit alınır”
Bizi izləyin

Magazin1

Elmira Şabanova: “Onların parodiyası şit alınır”

Xalq artisti, tanınmış aktrisa Elmira Şabanova aktyorların etdiyi parodiyalara öz münasibətini bildirib.

Publika.az-a açıqlama verən aktrisa, əksər hallarda parodiyaları qeyri-peşəkarların etdiyini və bunun da xoşagəlməz təsir bağışladığını deyib.

“Son vaxtlar dəb düşüb, hər kəs parodiya edir. Amma düşünmürlər ki, parodiya aktyordan peşəkarlıq tələb edir. Parodiya zamanı qarşı tərəf təhqir olunmamalıdır. Təəssüf ki, son vaxtlar bu qayda gözlənilmir. Parodiyalarda təhqirlərə yol verilir. Təbii ki, bəyəndiyim parodiyaçılar da var. Məsələn, Tahir və Cabir İmanovun parodiyalarını çox bəyənirəm. Onların çıxışlarını dinləyəndə gülməkdən uğunub gedirəm. Çünki istedadlı və peşəkardırlar”.

Xalq artisti müğənnilərin parodiya etməsini mənfi qarşılayıb: “Bəzən müğənnilər bir-birlərini parodiya edir, bu da şit alınır. Yaxşı olardı ki, hər kəs öz işi ilə məşğul olsun”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm