Müğənni Nurlan Növrəsli də Türkiyəyə gedir
Bizi izləyin

Magazin1

Müğənni Nurlan Növrəsli də Türkiyəyə gedir

Müğənni Nurlan Növrəsli isti yay aylarında da işləyib.

Bütün yayı səsyazma studiyasında keçirən müğənni Publika.az- a açıqlamasında deyib:

“Hava nə qədər isti olsa da, musiqiyə olan sevgimi üstələyə bilməz. Buna görə də, istilərdə, demək olar ki, səs yazma studiyasından çıxmamışam. “Nazlana-nazlana” adlı yeni mahnı ifa etmişəm. Mahnı mənim ifamda yeni olsa da, Məmmədbağır Bağırzadənin repertuarından hər kəsə bəllidir. Dillər əzbəri olan bu mahnıya yeni nəfəs verməyə çalışmışam. Mahnını bu günün nəbzinə uyğun yenidən aranjeman etdirmişəm. İnanıram ki, ifam dinləyicilərin ürəyincə olacaq”.

Müğənninin yeniliyi bununla yekunlaşmır. Belə ki, o, senytabr ayında 2 yeni kliplə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır:

“Yeni mövsümdə yeniliklərim çox olacaq. Yeni mahnılarım və iki klipim işıq üzü görəcək. Kliplərdən biri “Nazlana-nazlana” adlı mahnıma, digəri isə repertuarımda ən çox sevdiyim əsərlərdən biri olan, musiqisi Aygün Səmədzadəyə, sözləri isə Qənirə Paşayevaya məxsus “Gecə valsı” adlı mahnıya çəkiləcək”.

Qeyd edək ki, müğənni bu gün İstanbula işgüzar səfərə gedir. Türkiyədə bir sıra musiqiçilərlə görüşəcək, mahnılarının yeni aranjemanlarını məhz orada həyata keçirəcək.

Nurlan Növrəsli bu yay dəniz kənarında istirahət edə bilməsə də, fotosessiya etdirib.

Publika.az müğənninin yeni mahnısını və fotosessiyasını təqdim edir.

İsa

Fotoqraf Ramin Abbasov

&nbs

Oxumağa davam et
Reklam
Reklam

Gündəm