"Azərbaycanın yeni Müslümü" subaylığa vida etdi - FOTO/VİDEO
Bizi izləyin

Magazin1

"Azərbaycanın yeni Müslümü" subaylığa vida etdi - FOTO/VİDEO

Ukraynada keçirilən “Голос Украины” (Ukraynanın səsi) müsabiqəsində iştirakı ilə nəinki Ukraynada, eləcə də Azərbaycanda və keçmiş SSRİ məkanında məşhurlaşan, "Azərbaycanın yeni Müslümü" adlandırılan həmyerlimiz Vaqif Nağıyev subaylığın daşını atıb.

Publika.az xəbər verir ki, müğənninin Ukraynada keçirilən toyuna müğənni Çingiz Mustafayev və DJ Çingiz Mustafayev da qatılıb.

Xatırladaq ki, V.Nağıyev Bakıda anadan olub. 3 yaşında Heydər Əliyev Sarayının səhnəsində görkəmli bəstəkar Oqtay Zülfüqarovun ansamblının tərkibində çıxış edib. 9-cu sinfə qədər Bülbül adına Musiqi Texnikumunda təhsil alıb. Sonra Moskvada "Qnesinıx" adına kollecə təcrübə keçməyə göndərilib. Bakıya qayıtdıqdan sonra 63 saylı orta məktəbdə və Tofiq Quliyev adına 12 saylı musiqi məktəbində təhsil alıb. 2008-ci ildən prezident təqaüdçüsüdür.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm