Nuriyyə Əhmədova “Azdrama”nın rəhbərliyini qınadı
Bizi izləyin

Magazin1

Nuriyyə Əhmədova “Azdrama”nın rəhbərliyini qınadı

Uzun müddətdir səhhəti ilə əlaqədar olaraq efirdə görünməyən xalq artisti Nuriyyə Əhmədova bu gün ANS telekanalının qonağı olub.

Publika.az xəbər verir ki, özündən çox sənət yoldaşı, xalq artisti İlham Əsgərovdan danışan aktrisa sənətkara verilən qiymətdən, sənət ocaqlarının vəziyyətindən giley-güzar edib: “Mən teatra təzə gəlmişdim, Bəşir Səfəroğlunu itirdik. Onun son mənzilə necə yola salınması indiyədək yadımdadır. 60 yaşı tamam olmamış Lütfəli əmini (Lütfəli Abdullayev – red.) itirdik. Biz ona “əmi” deyərdik. Hər ikisii teatrdan yola salındı. Mərasimlərə minlərlə insan axın etdi. O vaxtlar sənətkara qiymət verilirdi. İndi belə şey yoxdur. Bilmirəm bunu biznes edib, ya nə... Bizim hər birimizi bu gözləyir. Fikirləşəndə ki, teatrlarımızın aiqəbi belə olacaq, adam dəli olur. Axı mən sənətimə teatrdan başlamışam. İstər Dram teatrı olsun, istər Opera teatrı, istərsə də Filarmoniya. Biz elə insanları təntənəli surətdə yola salmışıq. Arxivlərdə qalıb, baxa bilərsiniz. İçim o qədər doludur ki, bilmirəm haradan başlayım. Səməndər Rzayevi, Hamlet Xanızadəni, Şahmarı, Həsən Turabovu itirdik... Onları itirdəndən sonra düşündük ki, boşluq olacaq. Amma bu boşluğu İlham Əsgərov kimi simalar doldurdu”.

Aktrisa dünyasını dəyişən xalq artistinin teatrdan deyil, evindən yola salınmasını da pisləyib. Buna görə isə teatr rəhbərliyini qınayıb.

Xatırladaq ki, İlham Əsgərov bu ay - sentyabrın 6-da dünyasını dəyişib.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm