Səhhəti pisləşən tanınmış bəstəkarın SON DURUMU
Bizi izləyin

Magazin1

Səhhəti pisləşən tanınmış bəstəkarın SON DURUMU

Beyin əməliyyatı keçirən və səhhəti pisləşdiyi üçün dünən reanimasiyaya yerləşdirilən tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Tahir Əkbər yenidən palataya köçürülüb.

Bu barədə Publika.az-a bəstəkarın həyat yoldaşı məlumat verib: "Tahirin halı qəfildən pisləşdi, təzyiqi yüksəldi. Həkimlər dərhal reanimasiyaya yerləşdirdilər. Şükür Allaha, onu özünə gətirdilər və yenidən palataya yerləşdirildi. İndi dünənkinə nisbətən yaxşıdır. Dava-dərman olunur. Həkimlər deiyr ki, ağır əməliyyatdan çıxan xəstədə belə hallar olmalıdır".

Qeyd edək ki, bəstəkar 8 gündür ki əməliyyat olunub. Onun xəstəxanadan nə vaxt evə buraxılacağı bilinmir.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm