Magazin1
Xalq artisti Röya ilə münasibəti barədə: "Onunla..." - FOTOLAR
“İndi şou-biznesimiz yüksək səviyyədə deyil. Hamı pul dalınca qaçır və mədəniyyətə deyil, mədəyə qulluq edir. Amma bu sənətə xidmət edirsənsə, özünü xalqa yaxşı təqdim etməlisən. Əks halda, həmin adam bu xalqa ləkədir. Hər bir müğənniyə deyirəm ki, sənətinə hörmət etməsən, bu xalqa ləkə olacaqsan".
Publika.az xəbər verir ki, xalq artisti, Opera Teatrının aparıcı solisti Samir Cəfərov bu sözləri yetirməsi, gənc müğənni Rasim Mustafazadənin klip təqdimatında söyləyib. Hər zaman səviyyəsini qoruduğunu da bildirən xalq artisti maraqlı açıqlamalarla çıxış edib:
“Mən həmişə səviyyəmi qoruyub saxlamışam. Səviyyəli sənətçilərlə duet oxumuşam. Biləsiniz ki, Röya ilə küsülüyük. O, Sevda Ələkbərzadə ilə duet oxuduğum üçün məndən küsüb. Çünki Avropa Oyunları zamanı Sevda ilə duet oxudum, Röya qaldı. Amma hər komandanın böyüyü olur. Bizim komandanın da yeni layihəsi olacaq və rejissor Rəhman Əliyev bizi barışdıracaq”.
Daha sonra o, yetirməsi ilə bağlı təəssüratlarını bölüşüb:
“Çox uğurlu bir klip alınıb. Rasim qeyri-adi səs diapazonuna malikdir və mən fəxr edirəm ki, belə bir yetirməm var. Azərbaycan musiqisinə belə istedadlı müğənnilər çıxarmalıyıq”.
Qeyd edək ki, sözləri və musiqisi Azər Nəsibova məxsus olan “Haqdan deyil” adlı mahnı rejissor Rəhman Əliyevin yozumunda ərsəyə gəlib. Mahnının söz və musiqi müəllifi Azər Nəsibov da fikirlərini ifadə edib:
“Bu, mənim ilk mahnım deyil, sənət aləminin bir çox tanınmış müğənniləri mahnılarımı ifa edib. Samir Cəfərovun yetirməsi də mahnımı ürəyim istəyən kimi təqdim etdi”.
Bəstəkar onu da bildirib ki, yaxın günlərdə Samir Cəfərovla birgə “Ali baş komandan” adlı yeni bir layihəsini də təqdim edəcək. Sonda klip nümayiş olunub.
Cəvahir
Foto: Rəşad Abbasov
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan