Mələkxanım Əyyubova: “Çamadana birinci onu qoyuram”
Bizi izləyin

Magazin1

Mələkxanım Əyyubova: “Çamadana birinci onu qoyuram”

Xalq artisti Mələkxanım Əyyubova mayın sonunda qastrol səfərinə çıxacaq.

Publika.az xəbər verir ki, sənətçi 28 May Respublika Günü münasibəti ilə

Avropa ölkələrində təşkil olunacaq silsilə konsert proqramlarında iştirak edəcək.

Milli dəyərlərə hər zaman hörmətlə yanaşdığını deyən xanəndə bayram konsertlərində milli libaslarda çıxış edəcəyini deyib: “Milli geyim həm də milli dəyərlərimizdir. Mən xarici ölkələrdə qastrol səfərlərində olarkən özümlə milli geyimlərimizi də götürürəm. Çamadana birinci onu qoyuram. Milli musiqimizi milli libaslarda təqdim etməklə həm də milli dəyərlərimizi təbliğ edirik. Hər zaman bununla qürur duymuşam.

Bu dəfə də 28 May Respublika Günü münasibəti ilə Avropa ölkələrində təşkil olunacaq konsertlərdə milli geyimlərdə çıxış edəcəm”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm