Nura Suri “Mazoxisto”su ilə tamam fərqli OBRAZLARDA - FOTO/VİDEO
Bizi izləyin

Magazin1

Nura Suri “Mazoxisto”su ilə tamam fərqli OBRAZLARDA - FOTO/VİDEO

Tanınmış estrada müğənnisi, cazibədar Nura Suri yeni mahnı və fərqli fotosessiyası ilə pərəstişkarlarını sevindirib.

Publika.az xəbər verir ki, isti yay günlərində dayanmadan çalışan sənətçi repertuarına yeni mahnı əlavə edib. O, bununla yanaşı, fərqli fotosessiyaya da imza atıb.

İfaçı söz və musiqisi Farid Ağaya məxsus "Mazoxisto" adlanan mahnısını artıq radioda dinləyicilərinə və internet istifadəçilərinə təqdim edib.

Xarici görünüşünə xüsusi diqqət yetirən Nura yay abı-havalı fotosessiya üçün fotoqraf Əlibəy Qasımovun obyektivi önünə keçib.

Müğənninin rəngarəng, dəbli stili üzərində Leyla Əhmədova çalışıb. Onun saç və makiyajı isə Babək Qədirova məxsusdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm