Faytonçu Nazimin ölüm xəbəri yalan çıxdı - (YENİLƏNDİ)
Bizi izləyin

Magazin1

Faytonçu Nazimin ölüm xəbəri yalan çıxdı - (YENİLƏNDİ)

Faytonçu Nazimin yaxın qohumunun Publika.az-a verdiyi məlumata görə, müğənninin ölümü ilə bağlı yayılan məlumat yalandır. Onun verdiyi məlumata görə, müğənninin vəziyyəti yaxşıdır. Nazim sağ və salamatdır.

***

"Faytonçu” ləqəbi ilə tanınan azərbaycanlı müğənni Nazim Pişyari vəfat edib.

Publika.az musavat.com-a istinadla xəbər verir ki, bu haqqda sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd edək ki, uzun müddətdir müğənninin səhhəti ilə bağlı ciddi narahatlıqlar yaşadığı deyilirdi.

P.Nazim bir müddət əvvəl Publika.az-a açıqlamasında Müğənni onun bu vəziyyətə düşməsində həkim səhlənkarlığının səbəb olduğunu deyib:

Səhhətimdə yaranan problemlərlə bağlı mayın 10-da Bakıda “ELMED” klinikasına getdim. Orada məni həkim Elman Əzimov qəbul etdi. Əməliyyatı öz boynuna götürdü. Öd kisəmi kəsib götürməli idi, amma əməliyyat zamanı səhlənkarlıq nəticəsində qanaxma başlayıb. Həkim də qorxub ki, ölərəm, öd yollarını bir-birinə tikərək əməliyyatı yekunlaşdırıb. O gündən həkimlərdəyəm. Vəziyyətim çox pis idi. Təcili əməliyyat üçün İsrailə getdim. Orda mənə dedilər ki, səni yanlış əməliyyat ediblər. Həkimlər əməliyyat elədi amma heç bir nəticə olmadı. Daha sonra iyul ayının 23-ü gəldim İstanbulun LİV klinikasına. Burada məni əməliyyat edən həkimlər mənə yenidən öd yolları açdılar. 4 dəfə narkoz aldım. Arıqlamağımın səbəbi budur. Hazırda İstanbuldayam. Şükür, vəziyyətim yaxşıdı. Həftənin birinci günü Bakıda olacam. Mən bu məsələni aydiyyəti qurumlarla həll edəcəm. İnsan sağlamlığı ilə belə oynamaq olmaz”.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm