Magazin1
Tolik müğənnilərin gizlinlərini açıb BİABIR ETDİ - VİDEO
Tanınmış prodüser Tolik “ATV maqazin onlarla” proqramında buhəftəki onluğu sıralayıb.
Publika.az xəbər verir ki, sıralama edərkən bir sıra mətləblərin üstünü açan Tarix Əliyev İradə İbrahimovanın 200 min pul itirdiyini bildirib:
“İradə Türkiyə şou-biznesinə qatılmaq istəyib və 200 min dollar pul itirib. Bunu İradə özü mənə deyib. O, Bakıdakı evini satıb, Tarkanın prodüseri Uyqar Ateşlə çalışıb. 200 min töküblər və pullar ortada batıb. İradə niyə demədi ki, “Mən də getdim orada sizin kimi pullar tökdüm, amma məni aldatdılar?”.
O, İradənin Nigar Camala dəstək olmasına da münasibət bildirərək bunları deyib:
“İradə yazıb ki, bu gün Avropada Nigarı tanıyırlar, ancaq deyim ki, Nigar tələbatlı müğənni deyil. Nigar çıxdı müsahibə verdi ki, o yarışma mənim üçün önəmli deyil. Üç gün sonra baxıram ki, Oksana Rəsulova hind dilində Mithun Çakrabortinin əzizlərinə üzünü tutub səs istəyir. Önəmli deyilsə, niyə özünüzə əl qatmışdınız? Təəssüf ki, Nigara gündəmdə qalmaq üçün 11 min dollarlıq ayaqqabı da kömək etmədi”.
Tolik Günay İbrahimli barədə də danışıb:
“Bu gün Günay Aysel Əlizadədən, Əməkdar artist Sevda Ələkbərzadədən də tələbatlıdır. Yaxşı prodüserlə işləsə, özünü toplasa yerini bərkidər”.
Prodüser sonda isə Rəhim Rəhimlini onluqdan uzaqlaşdırıb. O, hərəkətinin səbəbini isə belə açıqlayıb:
“Son vaxtlar Rəhimdə yekəbaşlıq yaranıb. Özünü Elton Conun yerində görür. Heç kimi bəyənmir. Deyir ki, Azərbaycanda şou yaradan yoxdur. Toya 20 nəfərlə gəlir. Təzə işçiləri, dostları, qohumu, əmisi oğlunu yığıb gətirir. Azərbaycanda Rəhimdən üstün sənəti olan o qədər müğənni var. Bu gün Elvin Abdullayevin yanına rəqqasə Renkanı, “məqqasə şenka”nı, Sonanın qızlarını, Vəlinin oğlanlarını yığım, 20 nəfər olsunlar. Hərəsinin əlində 10 manatlıq fakel yandırıb şou etsinlər”.
Tolik Rəhim Rəhimli və Niyam Salami qalmaqalının da üstünü açmaqdan çəkinməyib:
“Niyam Salami avtomobillə qəza tördədəndə Rəhim ona zəng vurur. Niyam ona deyir ki, qəza törətmişəm. Rəhim də deyir ki, qulağımda sırğa var gələ bilmərəm. Sonra bəlli olur ki, Rəhim hadisə yerinə gəlib, kənardan izləyib və çıxıb gedib. Niyam da ondan buna görə inciyib”.
Pərviz Hüseyn
-
Nida Xəbər 10:48
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?