İlhamə Quliyevanın sağlığında sifariş verdiyi şərablar indi gəldi: SƏRGİ KEÇİRİLƏCƏK
Bizi izləyin

Magazin1

İlhamə Quliyevanın sağlığında sifariş verdiyi şərablar indi gəldi: SƏRGİ KEÇİRİLƏCƏK

Mərhum Xalq artisti İlhamə Quliyevanın şərəfinə xüsusi sayda hazırlanan şərablar Azərbaycanda yeni fəaliyyətə başlayan restoranlardan birində sərgilənəcək.

Bu barədə Publika.az-a Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin vitse- prezidenti Hacı Quliyev məlumat verib. O bildirib ki, sözügedən şərablar İ.Quliyevanın sağlığında özü tərəfindən sifariş edilib:

“Mərhum Xalq artisti İlhamə Quliyeva Almaniyanın şərab istehsal edən firmalarından birinə belə bir sifariş vermişdi. Bu şərablar xüsusi olaraq onun şərəfinə hazırlanıb. Məhdud sayda istehsal edilən şərablar xüsusi kolleksiya təşkil edirdi. İlhamə xanım bu şərabları xüsusilə dəyər verdiyi insanlara hədiyyə edirdi. Onlardan birini də şəxsi öz imzası ilə mənə hədiyyə etmişdi”.

H.Quliyev onu da əlavə edib ki, sözügedən məkan restoran-muzey kimi fəaliyyət göstərəcək:

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Həmin məkanda həm yerli, həm də dünya ulduzlarının şəxsi, ekskluziv aksessuarları sərgilənəcək. Artıq bir çox məşhurlarla danışıqlar gedir. Düşünürük ki, bu uğurlu layihə olacaq”.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm