Xalq artistindən SƏRT SÖZLƏR: “Anarın və Çingiz Abdullayevin...”
Bizi izləyin

Magazin1

Xalq artistindən SƏRT SÖZLƏR: “Anarın və Çingiz Abdullayevin...”

“Cəmiyyət olaraq hamımızın kəskin etirazına səbəb olan bir sıra olayların kökündə tərbiyəsizliyə qarşı ictimai qınağın olmaması durur. Ziyalılar susur, vicdanlı, namuslu vətəndaşlarımız susur, din və dövlət məmurları, millət vəkilləri belə susur. Nədir, necə gerizəkalılıqdır o kitab yandırmaq azarı?"

Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev sosial şəbəkələrdə AYB sədri, yazıçı Anarın və Çingiz Abdullayevin kitablarının yandırılmasını təklif edən bir qrup müxalifətçi haqqında deyib. Faiq Ağayev kitabların yandırılması təklifinə kəskin münasibət bildirib:

"Hansı mağara düşüncəsi sahibləri bunu həyasızcasına həyata keçirmək cəhdindədir? Niyə göz yumub, yan keçirik bu vandalizm, barbarlıq, vəhşilik nümunəsindən?

Tarixin hansı kəsiyində bu tərz dölbeynlik xeyir gətirib ki: “Əşşi, nə işimə?” deyib, rahatcasına əhəmiyyətsizlik nümayiş etdirək?

Çingiz Abdullayev bu məmləkətə namusla xidmət edən böyük şəxsiyyətdir.

Ona qarşı törədilən bu çirkin əməllər mənəviyyatımıza, mədəniyyətimizə, milli heysiyyatımıza qarşı törədilən hücum və cinayətdir.

Bu gün qınayıb, cəzalandırmasaq o kəsləri, sabah böyük fəlakətlər qarşısında aciz qalacağıq. Gec olacaq artıq. Gücümüz – birlikdədir!”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm