Magazin1
"Güc sahibi" filminin qala-gecəsi baş tutdu - FOTO
Dünən Gənclik Mall ticarət mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında mistika, triller janrında olan "Güc sahibi" Azərbaycan filminin qala-gecəsi keçirilib.
Publika.az xəbər verir ki, filmin qalasında ekran işinin yaradıcı heyəti, tanınmış incəsənət nümayəndələri, qonaqlar və media nümayəndələri iştirak edib. Baş rollarda Nərgiz Mahmudzadə, İlqar Musayev, Gülşən Hüseynli, Mehin Hümbətova və Sənan Əlləz çəkilib.
Nərgiz Mahmudzadə filmin rejissoru, ssenari müəllifi, eyni zamanda baş qəhrəmanıdır. Aparıcı kimi tanınan N.Mahmudzadə bildirib ki, bu film onun rejissor və ssenarist kimi ilk işidir. Onun sözlərinə görə, ssenarini həyatında baş verən hadisələrdən təsirlənərək yazıb:
"Süjet xətti gənclərin başına gələn mistik hadisələrdən bəhs edir. Ssenarini yaşayaraq yazmışam. Bu filmdə həm dini tolerantlıq, həm Allahın tək olması, həm də insan sevgisi kimi mövzulara toxunmuşuq. Tamaşaçılar filmə baxdıqdan sonra çətin situasiyalarda vəziyyətdən necə çıxmaq lazım olduğunu və güclü olmağı öyrənəcək".
Film üç uşaqlıq dostundan bəhs edir. Dostlar Amerikadan gələn qız dostlarına ev kirayələyirlər. Ev kənardan adi görünsə də, qonşu evdə qəribə hadisələr baş verir. Bir gün gənclərdən biri üçün ad günü ziyafəti təşkil edilir. Əsas hadisələr də ad günündən sonra cərəyan edir.
Aytən
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR