Samirə Röyanın onu ağlatmağından danışdı
Bizi izləyin

Magazin1

Samirə Röyanın onu ağlatmağından danışdı

Röyanın zarafatı Samirəni ağladıb. Publika.az xəbər verir ki, “Xəzər” telekanalında qonaq olan müğənni Samirə onunla edilən ən yaddaqalan aprel zarafatından danışıb.

Onun sözlərinə görə, indiyədək ən yaddaqalan aprel zarafatını həmkarı Röya edib. O, Samirəni elə aldadıb ki, müğənni ağlayıb.

“Röya martın 31-də gecə mənə zəng etdi ki, səhər saat 9-da canlı yayımda ikimizdə qonağıq, duetimizi oxumalıyıq. “Dəli küləyim” mahnısına duet oxuduğumuz vaxt idi. Özüm də gecəni yatmamışdım. Dedim ki, əgər 1 aprel zarafatıdırsa, məni aldatma. Səhər 9-da verilişə getmək üçün mən nə vaxt yuxudan durmalıyam, axı. Dedi ki, bəs, saat 8-də gəl bizə, ikimiz də bəzənib gedərik.10 dəfə soruşdum, and içdi ki, zarafat etmir. Bir neçə saat yatıb saat 7-də durdum ki, gedim onlara. Yoldan zəng edirəm, telefonu götürmür. Köməkçilərinə zəng edirəm, onlar da cavab vermir. Axırda zəng etdim telekanala. Ordan da dedilər ki, yox, siz bizim qonağımız deyilsiniz. Ağlaya-ağlaya qayıtdım anamgilə. Bir də oyandım ki, Röya başqa bir verilişdə canlı yayımda qonaqdır. Mindim maşına, birbaş telekanla getdim ki, canlı yayımda onu biabır edim. Məni telekanala buraxmadılar ki, adınız olmadığından içəri girməyə icazə verə bilmərik. Röya da canlı yayımda xəbər tutdu ki, mən gəlmişəm. Efirdən dedi ki, “nə olar, Samirəni içəri buraxmayın”. Dedim heç eybi yoxdur. Mindim maşına, birbaşa Röyanın evinə sürdüm. Köməkçisinə dedim ki, Röya deyib, get, məni evdə gözlə. Röya verilişdən çıxıb evə gələndə gördü ki, oturmuşam. Ondan bir qışqırıq çıxdı, gəl, görəsən. Məni də ağlamaq tutdu. Durdum ki, onu döyüm. Sonra gülüşdük, oturub birgə yemək yedik”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm