Magazin1
Nadirdən xanımına növbəti sevgi etirafı...
Ötən il həyat yoldaşına konsert verən müğənni Nadir Qafarzadə
evliliklərinin 23 illiyi münasibəti ilə xanımına növbəti sürpriz
hazırlayıb. Publika.az-a açıqlama verən müğənni
deyib ki, o, xanımının şərəfinə “Sevincim” adlı mahnı ifa edib:
“Bu, sadəcə, bir sevgi etirafıdır. Təxminən 3-4 dəqiqəlik mahnıda
keçdiyimiz həyat yoluna nəzər salmışam. İndi bir çoxları deyəcək
ki, Nadir həyat yoldaşı ilə gündəmə gəlir. Bu, sadəcə, mənim
xanımıma verdiyim sevgi, hörmət və dəyərdi. Kim necə fikirləşir,
fikirləşsin. Düşünürəm ki, hər kişi öz xanımına dəyər verməlidir.
Mən də müğənniyəm. Öz sevgi etirafımı ona musiqilərimlə bildirirəm.
Kimsə düşünməsin ki, bu, gündəm, reklam üçündür. Mənim reklama
ehtiyacım yoxdur. Sadəcə, 23 illik həyat yoldaşıma, uşaqlarımın
anasına təqdim edəcəyim növbəti hədiyyədir. Mahnının sözlərində də
bir məna var. “Sevincim” adlı bəstənin sözləri Altay Yaşara,
musiqisi isə Fərid Kərimliyə məxsusdur. Düşünürəm ki, ifa etdiyim
bu mahnının mənim həyatımda ayrı yeri olacaq ”.
Qeyd edək ki, N.Qafarzadə 2014-ci il iyulun 6-da Yaşıl Teatrda
həyat yoldaşına “Həyatımsan ömrüm qədər” adlı konsert vermişdi.
İsa Şükürov
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu