Canlı yayımda azərbaycanlı rəqqasənin barmağına üzük taxdılar – FOTOLAR
Bizi izləyin

Magazin1

Canlı yayımda azərbaycanlı rəqqasənin barmağına üzük taxdılar – FOTOLAR

Müğənni Niyam Səlami rəqqasə Fatiməyə bahalı jest edib. Publika.az xəbər verir ki, “Əsl şou” verilişinin qonağı olan Niyam Səlami Fatiməni ötən həftə baş tutan doğum günü ziyafətinə onu da dəvət etmədiyinə görə qınayıb. Ancaq öz narazılığını fərqli tərzdə ifadə edib. Belə ki, əvvəlcə rəqqasəyə onu ad günü şənliyinə dəvət etmədiyinə görə təşəkkür edərək pulunun cibində qaldığını deyib. Sonra isə hədiyyəsini təqdim edib. Müğənninin hədiyyəsi brilyant qaşlı üzük olub. Gözlərinə inana bilməyən rəqqasə öz qorxusunu da dilə gətirib:

“Niyam, sənə təşəkkür edirəm. Amma qorxuram ki, efirdən sonra bu hədiyyəni geri alarsan”.

Qeyd edək ki, “Əsl şou” həftə içi 5 gün saat 11:00-da teleaparıcı Novruz İsmayıl və müğənni Səidə Sultanın təqdimatında “Space” telekanalında yayımlanır.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm