
Aprelin 12-də Azərbaycanın Fransadakı səfirliyinin
təşkilatçılığı ilə istedadlı gənc azərbaycanlı cazmen Elçin Şirinov
Parisin “Sunside” konsert salonunda fransız tamaşaçıları qarşısında
çıxış edib.
Publika.az-ın məlumatına görə, Almaniya, Fransa, İsveçrə, Gürcüstan, Malayziya və Polşada müvəffəqiyyətlə çıxış edən gənc virtuaz ifaçının konserti fransız musiqi həvəskarlarının böyük marağına səbəb olub.
Cazmen Azərbaycan bəstəkarları ilə bərabər, Avropa bəstəkarlarının
əsərlərini də ifa edib. Konsertdə onu kontrabasda Andrea Di Biase
və zərb alətlərində Dave Hamblette müşayiət ediblər.
Cəvahir