Emma Ələkbərzadənin körpəsinin cinsiyyəti bəlli oldu - Eksklüziv, FOTOLAR
Bizi izləyin

Magazin1

Emma Ələkbərzadənin körpəsinin cinsiyyəti bəlli oldu - Eksklüziv, FOTOLAR

“Tənhayam” mahnısı ilə ürəkləri fəth edən müğənni Emma Ələkbərzadənin dünyaya gələcək körpəsinin cinsiyyəti məlum olub. Bu barədə o, Publika.az-a eksklüziv açıqlamasında məlumat verib:

“Biz bu xəbəri gizli saxlayırdıq. Belə şeylərlə reklam olunmaq, gündəmə gəlmək düzgün deyil. Bu səbəbdən verilişlərdən gələn bütün dəvətlərdən imtina edirdim. Təqdimatlarda iştirak etmirdim. Şənbə günü isə həyat yoldaşım Emil ilə Cazz Mərkəzə getdik. Beləliklə, məni görənlər vəziyyətimdən hali oldu”.

Elmira Ələkbərzadə bundan sonra da televiziya proqramlarında iştirak etməyəcəyini qeyd edib:

“İnşallah, körpəm ay yarımdan sonra, iyunun əvvəlində dünyaya gələcək. 3 ay da mənim özümə lazım olacaq ki, formaya düşüm”.

Qeyd edək ki, Elmira Ələkbərzadənin oğlu dünyaya gələcək. Müğənni 2012-ci ildə Emil Çingiz ilə ailə həyatı qurub.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm