Magazin1
Özbəkistanda “Könlüm keçir Qarabağdan” sərgisi açılıb - FOTOLAR
Azərbaycanın Özbəkistandakı səfirliyinin dəstəyi, bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Daşkənddə “Könlüm keçir Qarabağdan” adlı Azərbaycan abidələrinin fotosərgisi keçirilib.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın Publika.az-a verdiyi məlumata görə, tədbirdə Azərbaycan səfirliyinin və mədəniyyət mərkəzinin əməkdaşları, Özbəkistanın mədəniyyət və incəsənət xadimləri, alimlər, Azərbaycan diasporasının Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, tələbələr və jurnalistlər iştirak edib.
Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının üzvləri, laureat Rəna Əzizova Qarabağ haqında mahnılar ifa etmişlər.
Daha sonra sərginin rəsmi açılışı olub. Mədəniyyət Mərkəzinin foyesində Qarabağ abidələri, təbiəti, dahi şəxsiyyətlərinə dair fotosərgi maraqla qarşılanıb.
Qeyd edək ki, fotosərgi ilə yanaşı tədbirdə Qarabağ xalçaları,
Qarabağa aid Azərbaycan kişi və qadın geyimlərinin maketləri, Şuşa
məscidi, Gəncəsar məbədi, Şuşa qalası və Qarabağdakı digər
abidələrin maketləri, Azərbaycan kəlağayıları nümayiş
etdirilib.
Tədbir çərçivəsində Qarabağa dair Azərbaycan mətbəxinin nümunələri- Qarabağ kətəsi, fəsəli, kükü, şəkərbura, paxlava və s. yemək, şirniyyatlar iştirakçılara təqdim edilib. Tədbirin sonunda iştirakçılara Qarabağa dair nəşrlər - kitab, qəzet və bukletlər iştirakçılara hədiyyə edilib.
Cəvahir
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR