Sənət adamlarından evi yanan sakinlərə dəstək
Bizi izləyin

Magazin1

Sənət adamlarından evi yanan sakinlərə dəstək

“Kristal” qrupunun rəhbəri Mədinə Məlik Binəqədi rayonunda yanan binanın sakinləri üçün xeyriyyə aksiyasına başlayıb.

Publika.az-a danışan qrup rəhbəri bunun üçün yaxınlarından və dostlarından kömək istəyib:

“O binada yaşayan yüzlərlə insanın evi yanıb, vəziyyətləri acınacaqlıdır. Sağ olsun dövlətimizi ki, onlara hər cür qayğı və diqqət göstərir. Biz də insan olaraq öz növbəmizdə çətinliklə üz-üzə qalan insanlarımıza əl tutmalıyıq. Buna görə də corab, dəsmal və digər geyimləri toplayıb, o sakinlərə çatdıracağam. Dostlarıma, qonşularıma da demişəm. Əllərindən gələn köməyi əsirgəməyəcəklər. Bu axşam topladığımız geyim dəstlərini və digər ləvazimatları onlara aparacağam”.

Qeyd edək ki, müğənni Xuraman Şuşalı da bu addımı atıb.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm