Mətanəti söydülər: “Üzünə tüpürüm!”
Bizi izləyin

Magazin1

Mətanəti söydülər: “Üzünə tüpürüm!”

Aparıcı Mətanət Əliverdiyevanın ötən gün “Gündəlik” verilişində söylədiyi və səs-küy yaradan sözləri cəmiyyətdə əməlli-başlı ajiotaj yaradıb. Sosial şəbəkələrdə aparıcını qınayaraq onun ünvanına kəskin fikirlər səsləndirilib.

Qeyd edək ki, M.Əliverdiyevanın dediyi “Biz o faciəni lap belə faciə etməməliyik. Oldu, elə bil bir külək idi, bir şey idi, bir film idi baxdıq, getdi” sözləri insanları hiddətləndirib.

Publika.az-ın məlumatına görə, Mətanət bu məsələyə ATV-nin “Günüzü” verilişində aydınlıq gətirərək özünə bəraət qazandırmağa çalışıb. O, bu sözlərdə heç bir qəbahət olmadığını və fikirlərinə don geyindirildiyini söyləyib. Özünün də ana olduğunu və bu faciədən kədərləndiyini deyən aparıcı jurnalistləri, xüsusən də keçmiş iş yoldaşlarını qınayıb: “İnsanları qınamıram, nə yazıblarsa yazıblar, özləri bilər, məni incidən vaxtilə eyni kanalda çalışdığım həmkarlarım oldu. Onlar mənə kobud sözlər yazdılar ki, üzünə tüpürüm. Axı mən elə insan deyiləm”.

Göz yaşlarını saxlaya bilməyən Mətanətin müdafiəsinə verilişdə qonaq olan jurnalistlər və proqramın aparıcısı İlqar Mikayıloğlu və Zülfiyyə Bayramova da qalxıb.

Asya

Oxumağa davam et
Reklam
Reklam

Gündəm