Azərbaycan mətbəxindən bəhs edən film çəkildi
Bizi izləyin

Magazin1

Azərbaycan mətbəxindən bəhs edən film çəkildi

Mayın 22-də saat 12:00-da Dövlət Film Fondunda “Azərbaycan mətbəxi: Dad sonrası dad” sənədli filmi nümayiş olunacaq.

Fonddan Publika.az-a verilən məlumata görə, film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Yaddaş” studiyasında çəkilib. Filmin İtaliyanın Milan şəhərində keçiriləcək “Planeti qidalandırmaq, həyat üçün enerji” mövzusunda “Milan Ekspo 2015” Ümumdünya Sərgisinin Azərbaycan pavilyonunda nümayiş etdirilməsi nəzərdə tutulub.

Filmdə qədim mədəniyyətə malik bir ölkə kimi Azərbaycan mətbəxinin tarixi, çeşidliliyi və zənginliyindən bəhs olunur.

Bu mənada, film dünyada Azərbaycanın mədəni irsinin, mətbəx mədəniyyətinin, iqtisadi və mədəni potensialının təbliği və xarici turistlər üçün ölkəmizin cəlbediciliyini göstərmək baxımından mühüm əhəmiyyət kəsb edir.

Filmin ssenari müəllifi və rejissoru Şamil Nəcəfzadə, operatoru Nizami Abbas, elmi məsləhətçisi Tahir Əmiraslanov, bəstəkarı Cahangir Zülfüqarov, icraçı prodüseri Əbdülnasir Kutiyev, prodüseri Cavid İmamverdiyevdir.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm