• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Elnur Hüseynovun Türkiyə mətbuatına “Eurovision -2015” açıqlaması

  • Magazin1
  • 22 May 2015 14:20
  • 1 242 Baxış
Elnur Hüseynovun Türkiyə mətbuatına “Eurovision -2015” açıqlaması

Avstriyanın paytaxtı Vyanada bu il 60-cı dəfə təşkil olunan “Eurovision- 2015” mahnı müsabiqəsində finala keçən Azərbaycan təmsilçisi Elnur Hüseynov “Milliyyət” qəzetinə açıqlama verib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Elnur Hüseynov Azərbaycan və Türkiyə üçün yarışdığını qeyd edərək "Dəstək üçün təşəkkürlər Türkiyə! Siz, biz yoxdur, biz varıq", – deyib.

Azərbaycanlı müğənni Türkiyəyə olan heyranlığını belə ifadə edib: "Bizim sevgimiz mənə başqa cür təsir edir. Eyni dillə eyni şeyləri bölüşürük. Buna görə də Türkiyədə özümü çox yaxşı hiss edirəm. Avropalılar da yaxşı insanlardır, ancaq biz çox fərqliyik. Bizim hissiyatımız və sevgimiz daha fərqlidir".

Vyanada çox gözəl şərait olduğunu da bildirən E.Hüseynov şanslı olacağı təqdirdə birinci olacağına inandığını bildirib. O, "Hansı ölkəni özünə rəqib görürsən?" sualına "Mən səhnədə rəqib düşünsəm, mahnımı ifa edə bilmərəm. Rəqib düşünsəm, daxilim pis enerji ilə dolar. Səhnədə heç kim mənim rəqibim deyil, səhnədə rəqib ola bilməz. Ən vacibi insanların qəlbinə daxil olmaqdır. Bu, mənim üçün daha önəmlidir", – deyib.

Elnur Hüseynov bu il müsabiqədə ilk dəfə iştirak edən Avstraliyalı müğənni Qay Sebestianın çox peşəkar müğənni olduğunu bildirib: “Onun yaradıcılığını uzun illərdir ki, izləyirəm. Şübhəsiz ki, ölkələr bu yarışmaya ən yaxşı müğənnilərini göndərirlər".

Elnur səhnəyə çıxanda özünü çox gözəl təbiət qoynunda, quşlar və ağaclar əhatəsində olduğunu xəyal edərək mahnısını ifa etdiyini söyləyib. Səhnə gözəlliyinin önəmli olduğunu vurğulayan E.Huseynov: “Elə insanlar var ki, gözəl deyil, amma səsi elə gözəldir ki, ona heyran olursan. İnsan qəlbinin gözəlliyini hiss edərək mahnını ifa etməlidir", – deyib.

Elnur “Eurovision”un stressli, gərgin şəraitdə keçdiyini, səhərdən məşqlər etdiyini, müsahibələr və açıqlamalar verdiyini deyib.

O, “Mən əslində gecə adamı deyiləm. Gündüzlərin sakiniyəm. Səhərlər qəhvə içirəm, dincəlirəm, oxuyuram, televiziya seyr edirəm, amma burada elə deyil.

Məncə, “Eurovision” daha çətin yarışmadır. Çünki Türkiyədə yoldaşların yanındasan, dilimiz, mədəniyyətimiz də eynidir. Burada fərqli dillər, fərqli insanlar, əsəbi olanlar da var. Bura daha çətindir”.

Elnur müsabiqədən sonra Türkiyəyə qayıdacağını, ingiliscə və türkcə olmaqla iki albom çıxaracağını açıqlayıb.

“Eurovision” mahnı müsabiqəsində ölkələrin siyasətinin yarışmaya təsir edib-etmədiyi sualına isə: "Onu bilmirəm, amma varsa, çox kədərlənərəm. Bu, musiqi yarışmasıdır. Siyasət qarışmamalıdır", – deyib.

Aytən

Xəbər lenti

DAHA ÇOX XƏBƏR