İlhamə Quliyeva qarğış etdi: “Qoy paxıllıqdan partlasınlar...”
Bizi izləyin

Magazin1

İlhamə Quliyeva qarğış etdi: “Qoy paxıllıqdan partlasınlar...”

“Onları görüm özləri gəzə bilməsinlər, canları çıxsın”.

Bu sözləri xalq artisti İlhamə Quliyeva Avropa Oyunlarında məşəl daşıması ilə əlaqədar sosial şəbəkədə yayılan xəbərlərlə bağlı Axar.az-a danışarkən deyib:

“Özümü çox əla hiss edirəm. Bəyəm adam bir dəfə ürək əməliyyatı keçirəndə sıradan çıxır? Kimləri qarınağrısı tutub? Niyə həzm eləyə bilmirlər? Məşəli daşıyanda qaçmayacağam – bu, mənim nə yaşıma, nə də statusuma yaraşır. Ancaq məşəl əlimdə 3-5 addım – ürəyim nə qədər istəsə, yol gedəcəyəm. Arif Babayev, Ağaxan Abdullayev, Alim Qasımov qaçacaq, amma mən qaçmayacağam, yürüyəcəyəm – xətrim necə istəyirsə, elə də edəcəyəm. Müğənni çoxdur, ancaq məni layiq görüblər. Özümü super hiss edirəm. Kim o sözü çıxarıb ki, “İlhamə yeriyə bilmir?” Utanmırlar e. Nə qədər bədbəxt, yazıq insanlardır, paxıllıqdan partlayırlar. Onları görüm özləri gəzə bilməsinlər, canları çıxsın. Mən gəzəcəyəm də, qaçacağam da, məşəlimi də daşıyacağam”.

Qeyd edək ki, xalq artisti İlhamə Quliyevanın məşəldar olması sosial şəbəkə istifadəçiləri tərəfindən son günlərin ən çox müzakirə olunan mövzusuna çevrilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm