Niyam Salami Fatimənin qabağına itlə çıxdı - FOTOLAR
Bizi izləyin

Magazin1

Niyam Salami Fatimənin qabağına itlə çıxdı - FOTOLAR

Rəqqasə Fatimə media mənsublarını başına yığıb yeni klipinin təqdimatını edib.

Publika.az xəbər verir ki, klip Polad Bülbüloğlunun “Ey Vətən” mahnısına çəkilib.

Rejissor Nail Naiboğlunun yozumunda ərsəyə gələn klipin ideyası Tahirə Məmmədqızına məxsusdur.

Klipdə müxtəlif rəqs qrupları da yer alıb. Xalq artisti Arif Qazıyev kliplə bağlı fikirlərini bölüşüb və belə bir musiqiyə müraciət etdiyinə görə rəqqasəyə minnətdarlıq edib. Elariz Məmmədoğlu, Elçin Hüseynov, Rüfət Axundov və digər sənətçilərin qatıldığı klip təqdimatına Niyam Salami öz iti ilə gəlib: “Itimi evdə qoysaydım, gecikəcəkdim, buna görə də bacımın tədbirinə itlə gəlmək məcburiyyətində qaldım”.

Qeyd edək ki, klip Avropa Oyunlarına həsr olunub.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm