Aytən Səfərovadan şayiələrə cavab: "Hamiləyəm"
Bizi izləyin

Magazin1

Aytən Səfərovadan şayiələrə cavab: "Hamiləyəm"

“Salam, Azərbaycan!” verilişinin aparıcısı və layihə rəhbəri Aytən Səfərova Publika.az-a açıqlamasında verilişdən kənarlaşması haqda yayılan məlumatlara aydınlıq gətirib.

O, gərgin iş rejimindən yorulduğu və istirahətə ehtiyac duyduğu üçün bülletenə çıxdığını bildirib:

“İkinci dəfə ana olmağa hazırlaşıram. İstirahətsiz çalışmaq çətindir. Qrafikim isə gərgindir. Hər gün səhər tezdən efirdəyəm. İstirahətə ehtiyac duydum. Bir həftəlik bülleten istədim, amma həkim 2 həftəlik məsləhət gördü. Bu səbəbdən 2 həftədir efirdə yoxam. İnşallah, bazar ertəsindən yenidən bütün Azərbaycana “Salam, Azərbaycan!” deyəcəyəm”.

Xatırladaq ki, peşəkar aparıcının bir qız övladı var.

Qeyd edək ki, yayılan xəbərlərdə Aytən Səfərovanın ANS telekanalından uzaqlaşdırıldığı iddia edilirdi və bu vaxtilə ANS, hazırda ATV telekanalının aparıcısı olan Mətanət Əliverdiyevanın qalmaqalı ilə əlaqələndirilirdi. Yazılanlara görə,ANS Səfərovadan istifadə etmək istəyərkən, o, keçmiş həmkarının ünvanına artıq-əskik söz deməkdən imtina edib və bu səbəbdən ANS ilə Aytən Səfərova arasında söz-söhbət yaşanıb.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm