Aparıcı: “Yuxarı orqanlara müraciət etmişəm!”
Bizi izləyin

Magazin1

Aparıcı: “Yuxarı orqanlara müraciət etmişəm!”

“Əsl şou” verilişinin aparıcısı, müğənni Səidə Sultan bu gün sərt xəbərdarlıqla çıxış edib. Publika.az xəbər verir ki, müğənni ona qarşı hazırlanan qarayaxma kampaniyasından danışıb.

“Bütün jurnalist və media orqanlarına müraciət edirəm! İstəyirəm deyəcəyim sözlərdən hər kəs xəbərdar olsun. Şou biznesə daxil olduğum gündən bəri çox vurulmuşam. Yaxınlarımdan da badalaq görmüşəm. Həddindən artıq... Dünən mənə yaxın olan bir insan fotomontaj vasitəsilə mənim üz şəklimin başqasının bədəninə birləşdirilməsi barədə xəbər verib. Efirdə baş verən qəzadan sonra bundan istifadə edən insanlar var. Mənim üçün qara piar hazırlayanlar var. Xəbərdarlıq edirəm, kimliyindən asılı olmayaraq, “facebook”, “instagram” və ya hər hansı sosial şəbəkədə, və ya bundan reytinq xətrinə istifadə edən jurnalistlər mənim şərəf və layəqətimi tapdalayacaqsa, bilsinlər ki, mən artıq yuxarı orqanlara müraciət etmişəm. Mənim vəkilim də var. Kim bundan istifadə edib mənə qara yaxacaqsa, həmin insanlar məsuliyyət qarşısında cavab verməli olacaqlar. Onlara qarşı həm təzminat, həm də cinayət işi açılacaq. Bu işdən tək mən yox, ailəm də əziyyət çəkir. Allah mərdimazarın bəlasını versin”.

Xatırladaq ki, ötən ay müğənni Səidə Sultan veriliş əsnasında kiçik qəza yaşayıb. Belə ki, paltarın yaxası aşağı düşən müğənninin sinəsi çöldə qalıb. Hadisədən pərişan olan ifaçı özünü itirməyib. Hadisənin yayılmayacağını ümid etdiyindən həmin gün məsələnin üstündən sükutla keçib. Lakin sözügedən arzuolunmaz vəziyyət üstü bağlı qalmayıb. Xəbərin yayıldığını görən müğənni baş verənlərə səhərisi münasibət bildirib. Hadisənin təsadüf nəticəsində, istəmədən baş verdiyini izah edərək hər kəsdən üzr istəyib.

Qeyd edək ki, “Əsl şou” verilişi həftə içi 5 gün saat 11:00-da Elgün Camal və Səidə Sultanın təqdimatında “Space” telekanalında yayımlanır.

İsa Şükürov

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm