ANS-in Elnarəni qovması rus mətbuatında - VİDEO/FOTOLAR
Bizi izləyin

Magazin1

ANS-in Elnarəni qovması rus mətbuatında - VİDEO/FOTOLAR

ANS telekanalının aparıcısı Elnarə Təhməzovanın efirdən kənarlaşdırılması Rusiya mətbuatının da diqqətini çəkib.

Axar.az xəbər verir ki, Rusiyanın "Lenta.ru" xəbər saytı xanım aparıcının hicablıları kəskin tənqid etdiyi üçün efirdən kənarlaşdırıldığını bildirib.

Xatırladaq ki, ANS-in efirində yayımlanan “İncə maraqlar” verilişinin aparıcısı Elnarə Təhməzova efirdə bu fikirləri səsləndirmişdi:

“O qara-qura arvadlardansa, bayquş kimi belə... neqativ-filan görünməkdənsə, mənim xoşuma gəlir ki, hicabda, ancaq daha səliqəli görünsünlər”.

Bu ifadələrin inanclı və hicablı xanımlara təhqir olduğunu deyən mömin insanlar isə ötən gün ANS şirkətinə gedərək, etirazlarını bildirmiş, kanalın üzr istəməsini, aparıcının isə efirdən uzaqlaşdırılmasını istəmişdilər.

Daha sonra isə ANS MYMŞ-nın Baş direktoru Mirşahin Ağayev məsələ ilə bağlı açıqlamasında bildirmişdi ki, aparıcının efirdə səsləndirdiyi fikirlər doğrudan da həssas tamaşaçının hissiyyatına toxuna, ən azı onları narahat edə bilərdi: "Aparıcının fikirlərinə görə kanal rəhbərliyinin məsuliyyət daşıdığını biz dəfələrlə elan etmişik və bir daha bildiririk. Fərqi yoxdur, aparıcı nəyi demək istəyirdi, necə alınıb, fakt artıq ortadadır, tamaşaçı hissiyyatına toxunulub və ANS rəhbərliyi kimi biz tamaşaçılardan üzr istəyirik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm