Elza Seyidcahan türk şirkətini məhkəməyə verir - ÖZƏL/VİDEO
Bizi izləyin

Magazin1

Elza Seyidcahan türk şirkətini məhkəməyə verir - ÖZƏL/VİDEO

Əməkdar artist Elza Seyidcahanın bəstəsi Türkiyədə çəkilən serial üçün saundtrek olaraq seçilib. Söhbət müğənninin Azərbaycanı 2014-cü ildə “Türkvision” musiqi yarışmasında təmsil edən Elvin Ordubadlı üçün bəstələdiyi mahnıdan gedir. Bu barədə Publika.az-a əməkdar artistin özü bildirib. O, bəstəsinin Azərbaycanda bəyənilmədiyini deyib. O, bu faktı özünün uğuru olaraq qiymətləndirib.

“Türkvision” müsabiqəsində Azərbaycanı təmsil edən Elvin Ordubadlı üçün bəstələdiyim “Divlərin yalnızlığı” bəstəsini Türkiyədə lentə alınan “Çilek kokusu” teleserialının anonsunda eşitdim. Mən o mahnını burada təqdim edəndə, bəyənməyib ağız əyirdilər. Həmin mahnım müsabiqədə iştirak edən bütün münsifləri valeh etmişdi. İndi ağzıgöyçəklər görsünlər ki, bəyənmədikləri o mahnını türklər serial üçün əsas musiqi seçib. Qeyd edim ki, Türkiyədə film üçün mahnı seçərkən yüzlərlə insanla məsləhətləşir, sonra seçim edirlər. Bu elə-belə iş deyil. Türkiyədə o qədər mahnı ola-ola, mənim bəstələdiyim pop-rok janrında olan mahnımı serial üçün anons mahnısı seçiblər”.

Əməkdar artist mahnısının filmdə istifadə olunacağından xəbərsiz olub və bu özbaşınalığa görə qarşı tərəfi məhkəməyə verəcəyini də bildirib.

“Baxmayaraq ki, mahnım bəyənilib və bu səbəbdən seriala daxil olunub, amma mahnımdan icazəsiz olaraq istifadə edən şirkət mütləq məhkəməyə veriləcək”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm