Nazənindən Xatuna: “Yazıq nə qədər əziyyət çəkəcək”
Bizi izləyin

Magazin1

Nazənindən Xatuna: “Yazıq nə qədər əziyyət çəkəcək”

Müğənni Nazənin “Əsl şou” verilişinin qonağı olub. Yeni mahnılarından danışan ifaçı qalmaqal yaşadığı və hazırda küsülü olduğu həmkarı Xatun Əliyevanın adını çəkməsə də, söz atmağı unutmayıb.

“Oxuduğum mahnılar o qədər insanları narahat edir ki… Saatlarla güzgü qabağında qalıb ağız-burunlarını əyirlər. İndi yeni bir mahnı oxuyacağam. Məni də dərd götürüb ki, sözlərini öyrənməyə, ağız-burnunu əyməyə yazıq nə qədər əziyyət çəkəcək. İstəyirəm yazılı surətdə sözlərini də göndərim ki, gecələri də rahat yatsın. Hərə bir şeylə gündəmə gəlmək istəyir. Amma hər kəs özü olsa, yaxşıdır”.

Məsələyə verilişin aparıcısı müğənni Səidə Sultan da münasibət bildirib.

“İnsanlıq deyilən anlam var. Əgər insan olaraq səndən nəsə xahiş edirəmsə, gərək etməyəsən”.

Xatırladaq ki, müğənni Xatun Əliyevanın həmkarlarını parodiya etməsi Nazənin, Nazpəri Dostəliyeva və Elariz Məmmədoğlunun xoşuna gəlmədiyindən aralarında qalmaqal yaşanıb.

Qeyd edək ki, “Əsl şou” verilişi həftə içi 5 gün saat 11:00-da Elgün Camal və Səidə Sultanın təqdimatında “Space” telekanalında yayımlanır.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm