İslam Səfərlinin büstü yenilənib - FOTOLAR
Bizi izləyin

Magazin1

İslam Səfərlinin büstü yenilənib - FOTOLAR

Azərbaycanın əməkdar incəsənət xadimi, şair, dramaturq İslam Səfərlinin Fəxri Xiyabandakı büstü üzərində təmir-bərpa işləri aparılıb, məzarın yazıları qızılı həriflərlə yenidən yazılıb. Şairin oğlu, rəssam İlham Səfərlinin arzusu ilə şairimizin "Əbədi beşik" şeiri qara mərmər üzərində həkk olunub. Şairin baba yurdu Naxçıvandan torpaq gətirilib, babasının Fəxri Xiyabandakı məzarı ətrafına səpilib.

Şairin nəvəsi Elçin Səfərli Publika.az-a açıqlamasında bildirdi ki, təmir-bərpa işləri rəssam İlham İslam oğlu Səfərlinin şəxsi təşəbbüsü ilə aparılıb.

Qeyd edək ki, İslam Səfərlinin ölümündən 41 il keçir. O, 1974-cü ildə Bakı şəhərində vəfat edib.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm