Nadir Qafarzadə bir daha bu işi etməyəcəyinə söz verdi
Bizi izləyin

Magazin1

Nadir Qafarzadə bir daha bu işi etməyəcəyinə söz verdi

Qalmaqallı açıqlamaları, şou-biznesdə etdiyi layihələri ilə tanınan müğənni Nadir Qafarzadə yaradıcılıq işlərindən danışıb. Publika.az-a açıqlama verən ifaçı bildirib ki, söz və musiqisi Fərid Kərimliyə məxsus “Bu necə eşq?” adlı bəstəni dinləyicilərin ixtiyarına verib:

“Bir neçə yeni mahnı ifa etmişəm. Bir çoxunu yay mövsümündən sonra təqdim edəcəyəm. “Bu necə eşq?” adlı bəstə ritmik versiyada olduğu üçün indi təqdim etdim. Düşünürəm ki, bu bəstə də digər mahnılarım kimi seviləcək”.

N.Qafarzadə bu mahnıya klip çəkdirmək istəmədiyini də söylədi:

“Söz vermişəm ki, bundan sonra klip çəkdirməyəcəm. Düşünürəm ki, indi klip çəkdirmək mənasızdır. Çünki artıq klip dövrü deyil. Mənim bu sözlərimlə razılaşmayanlar da ola bilər. Amma bu, mənim şəxsi fikrimdir. Mən bir daha bu işi etməməyə, klip çəkdirməməyə söz vermişəm”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm